Bakıda avtomobil şagirdi vuraraq öldürüb

0
40

Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AnTV.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mebel daşıyan yük maşını yolu keçən 15 yaşlı şagirdi (ad və soyadı dəqiqləşdirilir-red) vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin