“Bakı Xanları evi” bərpa ediləcək

0
19

“Bakı Xanları evi” bərpa ediləcək.

“AnTv” xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim abidənin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satınalınması üçün təkliflər sorğusu elan edib.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 10-u saat 12.00-dək qəbul olunur.

Qeyd edək ki, XVII-XVIII əsrlərə aid “Bakı Xanları evi” Böyük Qala küçəsi 44, 46, 48 və 50 nömrəli ünvanlarda yerləşir və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin