Rasim Quliyev departament rəhbəri təyin olunub

0
92
DCIM100GOPROGOPR0079.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri Rаsim Vаqif оğlu Quliyеv vəzifəsindən azad edilib. AnTv.az-ın xəbərinə görə, bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, həmin vəzifəyə Elgün Həbibullayev təyin olunub. E.Həbibullayev əvvəllər Sumqayıt Şəhər İcra Hakmiyyəti başçısının müavini olub. E.Əzizovun digər əmri ilə BŞİH-in Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri İsmayılov Vahid Cabbar oğlu da vəzifəsindən azad edilib.

R.Quliyev həmin departamentin rəhbəri təyin olunub. Qeyd edək ki, Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır. Xatırladaq ki, Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin