Bakı şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin edildi

0
30

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Cəlil Məlikov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Nazirlikdən AnTV.Az-a verilən məlumata görə, noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni rəisi kollektivə təqdim olunub.

Qeyd edək ki, Cəlil Bəhram oğlu Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini bitirib. 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyində, daha sonra Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Son təyinata qədər mədəniyyət nazirinin köməkçisi vəzifəsində çalışıb.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin