Mədəniyyət

Bəhram Bağırzadədən xəbər var

“Əməkdar artisti Bəhram Bağırzadənin vəziyyəti ağır stabil olaraq qalır. Ötən gün ərzində onun vəziyyətində ciddi dəyişiklik baş verməyib”. AnTV.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib. O bildirib ki, xəstə süni ventilyasiya aparatına və ECMO cihazına qoşulu vəziyyətdədir: “Təyinat üzrə müalicə davam etdirilir”.   AnTV.az