“Azərişıq”a məxsus maşın aşıb, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

0
8

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AnTV.az APA-a istinadən xəbər verir ki, rayonun Söhüb kəndində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu “UAZ” markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə 2 nəfər – Zahid Qurbanov və Namiq Rüstəmov ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin