Mədəniyyət

Azərbaycanlı müğənni Təbrizdə qəza keçirdi - 3 nəfər öldü

Cənubi Azərbaycandan olan müğənni Afşin Azəri ağır avtomobil qəzası keçirib. AnTV.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, hadisə Təbrizdə baş verib. Qəza zamanı ifaçının ailəsi də maşında olub. İki avtomobil yolda toqquşub. Nəticədə digər avtomobildəki 3 nəfər dünyasını dəyişib. Afşinin ailə üzvləri isə xəstəxanaya yerləşdiriliblər. Sənətçi günahın qarşı tərəfdən gələn maşında olduğunu söyləyib.

Qeyd edək ki, Afşin Azəri bir müddət əvvəl Azərbaycanda da məşhurlaşmaq istəyirdi. O, dəfələrlə Azərbaycan kanallarında qonaq olub.   AnTV.az