Azərbaycanlı gənci Rusiyada diri-diri yandırdılar: evli qadınla görüşdüyü üçün – FOTO

0
88

Rusiyanın Samara şəhərində azərbaycanlı şəxs sevgilisinin əri tərəfindən yandırılaraq qətlə yetirilib. 

AnTV.az rus mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı şəxsin meyiti yanan “Qazel” markalı avtomobildən tapılıb. Hadisə iyunun 9-da şəhərin Alkino ərazisində baş verib.

Məlumata görə, həmin şəxs Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əhmədov Elmir Cəfər oğludur. Elmirlə həyat yoldaşının münasibətini öyrənən şəxs yaşadığı ərazidə onun ayaqlarına benzin tökərək yandırıb. Elmirin sevgilisinin aqibəti haqda isə məlumat yoxdur.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin