Azərbaycanın xarici borcu açıqlandı

0
71

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 milyard 927 milyon ABŞ dolları təşkil edib.

AnTV.Az xəbər verir ki, bu göstərici ötən ilin yanvarın 1-i ilə müqayisədə 5% azdır.

Maliyyə Nazirliyinin məlumatına görə, 2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.

Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin