Sosial

Azərbaycanın içki ixracından gəliri 37 % azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,819 milyon ABŞ dolları dəyərində içki və sirkə ixrac edib.

Dövlət Gömrük Komitəsindən AnTv.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 37,4 % azdır.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,7 %-ni təşkil edib.

2 ay ərzində Azərbaycana idxal edilmiş içki və spirtin dəyəri isə 6,977 milyon dollar olub. Bu isə bir il əvvələ nisbətən 600 min dollar, yaxud 7,9 % azdır.

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,4 %-ni təşkil edib.