Azərbaycan hakimiyyətinin dostu Ermənistanda həbs edildi

0
1217

Azərbaycan hakimiyyətinə xüsusi yaxınlığı ilə seçilən əslən Türkiyə vətəndaşı olan Kamal Öksüz Ermənistanda həbs edilib. O, uzun müddətdir ki, Ermənistana sığınmışdır.

AnTv.az xəbər verir ki, ABŞ-da Azərbaycanın Dostları Assambleyasının prezidenti olan Kamal Öksüz sığındığı Ermənistanda həbs olunub və ABŞ-a təhvil verilməsi gözlənilir.

Kamal Öksüz 2013-cü ildə ABŞ-dan bir qrup konqresmeni Azərbaycana gətirməklə yadlarda qalıb. Məlum səfərin xərclərini rəsmən SOCAR ödəsə də, Kamal Öksüz ABŞ-a yalan məlumatlar veribmiş.

Belə ki, rəsmi ABŞ-ın aidiyyatı qurumları bu səfərin xərcləri barədə ondan hesabat aldığı zamam Kamal Öksüz saxta sənədlər təqdim edərək, səfəri şəxsən özünün maliyyələşdirdiyini bildirib. Sonradan məlum olub ki, təqdim olunan sənədlər saxta olub. Bununla da o, ABŞ dövlətini aldatmaqda suçlanaraq həbs edilməsi barədə ABŞ höküməti tərəfindən rəsmi qərar verilib. O, uzun zaman Ermənistanda gizlənməyə nail olub. Buna baxmayaraq dünən Ermənistanda həbs edilən Öksüz hazırda ABŞ-a təhvil verilmək ərəfəsibdədir.

Qeyd edək ki, Kamal Öksüz Azərbaycan hakimiyyətilə sıcaq münasibətləri olması ilə yanaşı onun Fətullah Gülənin ən yaxın adamlarından biri olması da söylənilənlər arasındadır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin