Azərbaycandan İrana dəstək

0
25

Azərbaycan İrana yardım göndərib.

AnTV.az xəbər verir ki, Azərbaycan prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar cari ilin aprel ayının 10-da bu ölkəyə humanitar yardım yola salıb.

Ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, üç min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, beş ədəd dörd metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, “Katerpiller” və “Komatsu” markalı iki ədəd ekskavator daxildir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin