Azərbaycandan 1997 nəfər qaçqın statusu almaq üçün Almaniyaya   hökümətinə müraciət edib

0
57

2018-ci ilin ilk 10 ayında, Azərbaycandan 1997 nəfər qaçqın statusu almaq üçün Almaniyaya   hökümətinə müraciət edib. AnTV.az-ın xəbərinə görə,  bu haqda  Almaniyada fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzi  məlumat yayıb. Belə ki,  Almaniyanın Miqrasiya İdarəsinin məlumatına  görə, bu rəqəm 2016 -cı illə müqayisədə iki dəfədən daha azdır.

Status üçün müraciət edənlərdən 1526 nəfəri ilk dəfə, digərləri isə ikinci dəfə müraciət edənlərdir. Sığınacaq üçün müraciət edənlərdən cəmi 179 nəfərinə qaçqın statusu verilib. Bu müddət ərzində 1449 nəfər azərbaycanlı haqqında Dublin sazişinə əsasən başqa ölkəyə getmək və ya Azərbaycana qayıtmaq haqqında qərar qəbul edilib.

Təkcə 2018-ci  ilin iyul ayında Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı Azərbaycana deportasiya edilib.

Bildirilib ki, deportasiya edilənlərin şəxsiyyətləri son bir həftə ərzində “Readmissiya haqqında” sazişə əsasən müəyyən edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten ( Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.

Q!eyd edək ki, DAS təşkilatı oktyabr  ayında Almaniyanın Nürnberq şəhərində Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi – (BAMF) Mərkəzi Binasının qarşısında Azərbaycandan olan mühacirlərə pis münasibətə etiraz olaraq aksiya keçirib.

Gülnaz Qənbərli

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin