“Azərbaycandakı sabitlik bədniyyət qüvvələrin gözünə girir” — Millət vəkili

0
9

“Biz bu gün ölkənin müstəqilliyi, ərazi bütvövlüyü uğrunda verdiyimiz şəhidlər naminə sabitliymizi qorumalıyıq. Dərindən düşünməliyik ki, bu şəhdilər hansı amallar uğrunda canlarından keçiblər. Sabitlik pozularsa nə baş verər?! İkincisi 1989-cu ildən etirbarən Azərbaycanda vətəndaş müharibəsi yaratmaq istəyirlər, lakin bu qüvvələrin niyyəti hələ də boşa çıxır”.

AnTV.az xəbər verir ki, onun sözlərinə görə, 1989-cu ildən başlayaraq Azərbaycanda bu planı həyata keçirmək istəyirlər.

”Ancaq  bu qüvvələrin  niyyətləri puça çıxıb. Hətta AXC hakimiyyəti dövründə buna cəhdlər edildi. Ölkədə separatçılıq meylləri gücləndi, Gəncədə qiyam oldu. Vətəndaş müharibəsindən qaçmaq üçün  AXC rəhbərliyi istefa verməli oldu. Ondan sonra da bu pisniyyətli qüvvələr planlarını rellaşdırmağa cəhd ediblər. Ancaq yuxarıda söylədiyim kimi bu cəhdlər boşa çıxıb”, – deyə F.İbrahimli bildirib.

Millət vəkili bildirib ki,  şimaldan, cənubdan, şərqdən, qərbdən olan qüvvələr  Azərbaycanda sabitliyi pozub, xaos yaratmaqda daha aktiv rol oynayır:
“Burada digər məqam bəzi qüvvələrin Azərbaycandan daha çox pay qoparmaq üçün ölkə daxilində iğtişaş salmaqla  istəklərinə çatmaq istəkləridir. Burada bir amili də unutmaq olmaz, son günlərdə Moskvada çeçenlərlə  azərbaycanlılar arasında nifaq salınmasında erməni izinin şahidi olduq. Odur ki,  hər kəs ağlını başına yığmalıdır.  Ayıq olub sabitliyimizi qorumalıyıq. Mübarizə sivil müstəvidə aparılmalıdır. Proseslər qanunlar çərçivəsində olmalıdır. Çünki ölkədə yarana biləcək xaos, vətəndaş müharibəsindən, qan-qadadan  heç bir ailə, müxalifət, hakimiyyət  xeyir tapmayacaq. Ona görə də Azərbaycandakı sabitliyin qədrini bilib, onu qoruyub saxlamalıyıq”.
Deputat qonşu ölkələrdə baş verən proseslərə diqqət çəkərək deyib ki, bu gün İranda, Rusiyada. Türkiyədə, Suriyada və digər ölkələrdə baş verənlərə diqqət yetirək:
“Bu ölkələrdə baş verənlər göz qabağındadır. İrana, Rusiyaya sanksiyalar  tətbiq edilməsi nəticəsində çox ağır durumdadırlar. Bu çətinliklərə baxmayaraq İran daxildəki sabitliyi qorumağa çalışır.

Türkiyədə nələr baş vermədi?  Dövlət çevrilişinə cəhdlər oldu, terror hadisələri, ölkə daxilində qarşıdurmalarla müşaiyət olunmaqdadır. Bu gün regiondakı müsəlman ölkələrinin əksəriyyətində xaos, böhran  hökm sürməkdədir.Ancaq bu ölkələr arasında Azərbaycan bir ada kimi sabitlik hökm sürür. Necə ola  bilər ki,  əhalisi az, ərazisi kiçik olan ölkədə sabitliyin olması bədniyyət qüvvələri ciddi narahat edir. Bu sabitlik onların gözünə girir. Burada deyiblər dostuna güvən, ancaq ehtiyatını əldən vermə. Çünki bu gün bizi istəyəndən, daha çox istəməyən qüvvələr var. Odur ki, bu sabitliyin  qədrini bilməliyik. Bu bir vətəndaş kimi hamımızın borcudur. Ağlımızı başımıza yığıb diqqətli olmalıyıq”.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin