Gündəm

Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNAT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin direktoru Elman Hüseynov vəzifəsindən azad edilib.

AnTv.az xəbər verir ki, şirkətə rəhbərlik Ənvər Yusifova həvalə olunub.

Xatırladaq ki, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” 1997-ci ildə yaradılıb.

Onun nizamnamə kapitalı 41 600 manatdır. Şirkət dövlətə məxsus rabitə müəssisələrinin mühafizəsini həyata keçirir.