Azərbaycanda siyasi mühacir alveri ilə kimlər məşğul olur? – “3 nəfərə 3500 dollar”

0
1144

Uzun zamandır ki, bu mövzu Azərbaycan siyasi siferasında olan bir çox vətəndaş cəmiyyəti fəalını düşündürür. Bu mövzu hazırda da öz aktuallığını qorumaqdadır.

AnTV.az xəbər verir ki, bu qalmaqallı prosesdə bir çox siyasi partiyaların bu günədək adları hallanmışdır. Daha çox adı hallanan partiyalar isə Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası olmuşdur.

Doğrudur Müsavat PartiyasıAzərbaycan Xalq Cəbhəsi Partiyası heç bir zaman bu iddiaları təsdiq etməmiş, əksinə bu tip məlumatları özlərinə qarşı qara kampaniya kimi dəyərləndirmişlər.

Bəs nə səbəbdən Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının adları Avropaya insan daşımaqda, siyasi mühacir alveri etməkdə hallanır?

KİMDİR BU CİNAYƏT ŞƏBƏKƏSİNİN ÜZVLƏRİ?!

“Sən öz haqq hesabını məndən yaxşı bilirsən…”

Bu suallara cavab axtaran zaman Avropada yaşayan bir çox siyasi fəalla söhbətdə olduq. Söhbət zamanı İZLƏYƏCİLƏRİMİZ OLARAQ SİZLƏR üçün olduqca maraqlı faktlar əldə etdik…

“Gələcəksən bura vəkilə 3000-2500 verəcəksən sənəd düzəldir, o da söz vermir, düzələcəksə düzələcək, düzəlməsə zatən pulunu alacaq. Ondansa 3500 ver gəl burda rahat yaşa da niyə gəlib burda əziyyət çəkirsən?”

Türkel Azərtürk

Mühacirətdə olan və adının açıqlanmasını istəməyən siyasi mühacirlər iddia edirlər ki, bütün bu proseslərin başında cəmi bir neçə şəxs dayanır. Bu şəxslər isə hazırda Avropada siyasi sığınacaq almış AXCP fəalı Fikrət Hüseynli və TURAN TV-nin əməkdaşı olan digər AXCP fəalı Türkel Azərtürkdür. Onlar avropaya üz tutmaq istəyən insanlardan pul alaraq onlara VİZA “dəstəyi” və saxta “siyasi sənətlər” təqdim edərək bunu həyata keçirirlər. AXCP fəalları Fikrət Hüseynlinin və Türkel Azərtürkün adını ona görə xüsusi olaraq qeyd edirik ki, bu şəxslərin “siyasi mühacir” alveri ilə məşğul olmasını sübut edən səs yazıları AnTV.az-ın əməkdaşlarına təqdim edilmişdir. Faktsız kimisə ittiham etmək fikrimiz yoxdur…

Hazırda Türkel Azərtürkün məlum səs yazısını sizlərə təqdim edirik. Qarşıdakı günlərdə isə Fikrət Hüseynlinin səs yazısını əziz izləyicilər sizlərə təqdim edəcəyik…

“Cəbhəçidi, qardaşdı, yaxın uşaqdı ona görə kömək edirəm…”

Sizlərə təqdim etdiyimiz Türkel Azərtürk məlum səs yazısında Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyindən rüşvət müqabilində viza aldığını və “prokurorluq əməkdaşından” siyasi sənətlər düz qoş etmə imkanlarını vətəndaşa təklif etməkdədir. O, məlum səs yazısında hətda mühacirətə yollanmaq istəyən vətəndaşdan pul almaq üçün vətəndaşı “prokurorluqda sənət verən tanışının” işdən çıxarma ehtimalı ilə qorxudaraq tələsdirməyə də çalışır…

AXCP fəalı və eyni zamanda Turan TV-nin əməkdaşı olan Türkel Kərimlinin məlum səs yazısını Sizlərə təqdim edirik:

 

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin