Azərbaycanda partiya sədri dünyasını dəyişdi

0
65

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurucusu və ilk sədri Məmməd Əlizadə bu gün dünyasını dəyişib. 

AnTV.az xəbər verir ki, bu barədə məlumatı DADP sədri Əlisahib Hüseynov yayıb.

“Az öncə Məmməd Əlizadənin vəfat etdiyini eşitdim. Məmməd müəllim hazırda rəhbərlik etdiyim Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurucusu və ilk sədri olub. Azərbaycanın müstəqillik hərəkatının fəal üzvlərindən biri olan M.Əlizadə dəyərli ziyalılarımızdan idi. Mən bütün DADP üzvləri adından mərhum sədrimizin ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, Məmməd müəllimin ruhuna Allahdan rəhmət diləyirəm.

Allah rəhmət eləsin!”,- deyə Əlisahib Hüseynov “Facebook” səhifəsində qeyd edib.

Qeyd edək ki, mərhum partiya sədrinə növbəti başsağlığını Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu verib:

Elə indicə xəbər aldım ki, Azərbaycan Mili Azadlıq Hərəkatının fəallarından olan, uzun müddət Demokratik Azərbaycan Dünyası Partiyasına rəhbərlik etmiş Mammad Alizade bu gün vəfat edib.

Məmməd Əlizadə həm də iqtidaryönümlü siyasi partiyaların məşvərət məclisinin sədri idi. O iqtidaryönümlü olsa da heç bir vaxt müxalifət haqqında, müxalifət liderləri haqqında bir kəlmə də olsun mənfi fikir səsləndirməmişdir. Mənimlə özəl söhbətində dəfələrcə bildirirdi ki, “məni müxalifəti söyməyə sövq etmək istəyirlər, amma anlamırlar ki, mən AXC şinelindən çıxmışam, bunu dostlarıma qarşı edə bilmərəm!”… Elə məhz bunu etmədiyinə görə də məlum qurumun rəhbərliyindən, daha sonra isə üzvülüyündən xaric edilmişdi. Xatirəmdə olduqca səmimi, vicdanlı və ləyaqətli bir insan kimi qalmışlardandır…

Allah rəhmət eləsin…

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin