Azərbaycanda nazirlik əməkdaşı həbs edildi

0
188

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nicat Nifdalıyevin barəsində cinayət işi başlanıb.

AnTV.az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ziya Şirinovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, cinayət işi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkmiş qismində tanınıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin