Azərbaycanda iki rayonun icra başçısının yeri dəyişdirilib – SƏRƏNCAM

0
13

Azərbaycanda iki rayonun icra hakimiyyətinin başçısı işdən çıxarılıb.

AnTV.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrindən azad ediliblər.

Prezidentin digər sərəncamı ilə Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin