Azərbaycanda gender bərabərliyi

0
566
Azərbaycanda gender bərabərliyi, problemlər və həlli yolları ...

Dünyanın gender bərabərliyi göstəricisinə görə Azərbaycan 145 ölkə arasında 96-cı yerdədir.

Azərbaycanda gender bərabərliyi

AnTV.az xəbər ki, qadın və kişi bərabərliyi haqqında qanun  Azərbaycanda 2006-cı ildə qəbul olunmuşdu. Bu qanuna ölkədə böyük ehtiyac var idi. Ona gorə ki, qanun olmadığı bir vaxtda cəmiyyətdə dini, adət-ənənə qanunları daha üstün idi. Çox vaxt insanlar bu qanunu, bu problemi düzgün dərk etmirlər. Əsasda kişilər.  Gender bərabərliyi, fiziki,  fizioloji və ya cinsi bərabərliyi deyil. Gender bərabərliyi qadının və kişinin hüquqlarının eyni olmasıdır. Məsələn əmək haqqı, təhsil almaqda, işə düzələrkən, siyasətlə məşğul olarkən və sair. Yəni insanın qadın cinsi olduğu üçün kişilərə daha üstün şərait yaratmaqla diskriminasiyaya qarşı olan qanundur. Və ya əksinə, kişilərin diskriminasiyaya məruz qalmaq məsələsi. Bu gün Azərbaycanda qadın hər bir sahədə diskriminasiyaya məruz qalır. Qadın olduğu üçün işə qəbuldan imtina, iş yerində cinsi qısnamma, zorlama, əmək haqqının kişilərin əmək haqqından daha az olması, siyasətçilərin əksəriyyəti kişilər, nazirlər hamısı kişilər, ölkənin idarə edilməsində kişilər. Qadın hüquqları, qadın problemləri gender bərabərliyi olmayan olkələrdə daha qabarıq olur. Bu qanunun işləməsi qadınların və kişilərin cəmiyətdə statuslarının eyniləşdirilməsidir. Bu gün isə qanunun işləmədiyinə görə qadınların cəmiyyətdə olan rolu demək olar ki yox səviyəsindədir. Qadın heç kəsdir, kişilər üstündür prinsipi ilə cəmiyyətin əksər hissəsi bu cür yaşayır. Bu formalaşmış fikir isə qadınlara qarşı zorakılığın artmasına  gətirir. Nə etmək? Ilk öncə qadının cəmiyyətdə rolunu artırmaq lazımdır. Qadın milli məclisdə, siyasətdə, rəhbərlik postunda, və digər sahələrdə irəli çəkilməlidirlər.  Əgər lap qısa dəsək siyasi maraq olmalıdır ki qanun işləsin. Dünyanın gender bərabərliyi göstəricisinə görə ən yaxşı 10 ölkəsi arasında birinci beş yeri İslandiya, Norveç, Finlandiya,İsveç və İrlandiya tutur. Birləşmiş Ştatlar bu siyahıda birinci 10 ölkə arasında deyil, 28-ci yeri tutur. Azərbaycan gender bərabərliyi indeksinə görə 145 ölkə arasında 96-cı yerdədir. Hesabata əsasən, son 10 ildə gender bərabərliyinin təmin olunması sahəsində irəliləyiş olsa da, qeyri-bərabərlik hələ də mövcuddur. Hesabatda göstərildiyi kimi 10 ildə genderlər arasında fərq 4 faiz azalıb. BMT-nin Qadın Agentliyi (Gender Bərabəriyi və Qadınlara Bərabər İmkanların verilməsi üzrə qurum) gender bərabərliyini 2016-cı il Beynəlxalq Qadınlar gününün şüarına çevirib. Agentlik 2030-ilə qədər gender bərabərilyinə nail olmağa və bu istiqamətində səyləri gücləndirməyə çağırır.

Gender bərabərliyi qadın dünyasının,onun ictimayətdə rolunun və cəmiyyətdə tutduğu mövqeyini tənzimləyən amillərdən ən önəmlisidir. Qadınların cəmiyyətdə rolunun yüksəltmək üçün müxtəlif qanunlar qəbul olunsada yenə qadın hüquqları pozulmaqda davam edir. Azərbaycan konstitusiyasında cinsindən, dinindən,irqindən asılı olmayaraq hər kəs eyni hüquqa malikdir. Qanuna görə qadın və kişi tutduğu ictimai ,siyasi və digər vəzifədə işləməsindən asılı olmayaraq bərabər hüquqa malikdir. Bəs Azərbaycanda Gender Bərabərliyinin vəziyyəti, bu qanuna rayət olunub olunmaması hansı səviyyədədir. Azərbaycan müxtəlif Beynəlxalq Konvensiyalara qoşulsada,müxtəlif qanunlar qəbul etsədə gender bərabərliyi pozulmaqda davam edir. Bərabərliyin pozulmasında bizim milli –mentalitetimiz əsas rol oynayır. Ailədə əsas rəhbər kişi sayıldığından qadının ictimayətdə rolunu və mövqeyini o tənzimləyir. Bu halları aradan qaldırmaq üçün qadın ailə qurmamışdan əvvəl təhsil almalı, ictimayətdə öz mövqeyini tutmalı və sonra ailə qurmalıdır. Gender bərabərliyi orta məktəbdən təbliğ olunmalıdır. Bunun üçün xüsusi dərslik hazırlanmalı və tədris olunmalıdır ki,uşaqlar hələ az yaşlarından bərabərliyi qəbul etsinlər və qadınlara hörmətlə yanaşsınlar. Qadınlar arasında sahibkarlığın inkişaf etməməsində əsas rollardan biri milli –mentalitet və gender bərabərliyinin pozulmasıdır. Bunun üçün dövlət proqramı hazırlanmalı və sahibkarlıqla məşğul olmaq istəyən qadınlara xüsusi imtiyazlar verilməlidir. Mövcud vəziyyəti ictimayətə çatdırılmasında medianın rolunu mən qeyri kafi qiymətləndirərdim. Belə ki, son illərdə Azərbaycanın əsasən cənub bölgələrində qadınların hüquqlarının pozulması qeydə alınır. Bu hallar ölkənin digər bölgələrində də baş verir. Media yalnız informasiya xarakterli məlumatla kifayətlənir. Ancaq bu olayların hardan qaynaqlandığını necə yayıldığını araşdırmaq və ictimayətə təqdim etmək medianın boynuna düşür. Bu istiqamətdə təsadüf yazılara rast gəlmək olar. Əsasən media Gender Bərabərliyi haqda məqalələri hansısa QHT- nin Bakıda və ya rayon mərkəzlərində keçirdiyi tədbirlər haqda yazır. Belə tədbirlərdə adətən eyni insanlar iştirak edir. Bu da qanunun tam ictimayətə əsasən kənd sakinlərinə media ilə əlaqəsi olmayan insanlara çatmamasına səbəb olur. Demək olar ki,onların keçirilən tədbirlər haqda heç bir məlumatı olmur. Əgər götürsək TV-ləri ordada dəyərli bir materiala rast gəlmək mümkün deyil. Bütün bunları aradan qaldırmaq və ictimayətə Gender Bərabərliyi haqda geniş məlumat çatdırmaq üçün kənddən başlamaq lazımdır. Bunun üçün hər bir jurnalist kəndlərdə olmalı əhalinin sosial iqtisadi durumu və qadın kişi münasibətlərini öyrənməlidir. Ondan sonra Gender Bərabərliyi haqda məqalələr yazaraq ictimayəti mövcud vəziyyətlə tanış edə bilər. Azərbaycanda gender bərabərliyi pozulmasında fərdlər rol oynayır ümumi cəmiyyət yox. Fərdlərdə öz maraqlarından çıxış edir. Bu da təkcə Azərbaycanda yox bütün dünyada belədir. Bu ümumi problemdir. Bunu aradan qaldırmaq üçün elə siz media işçiləri çox çalışmalısınız. Gender bərabərliyi əsasən rayon və kənd yerlərində pozulur. Böyük şəhərlərdə bu problem qismən aradan çıxıb. Ancaq qadın kişi münasibətlərində bizə mane olan bir amili də nəzərdən qaçırmaq olmaz. Hər yerdə ağız dolusu dediyimiz milli-mentalitet. Elə bil bu kəlmələr bir kəndir olaraq ictimaiyyətin ayağına bağlanıb, qabağa getməyə mane olur. Gender Bərabərliyində bu amili ortadan çıxarmaq üçün mediya çox işlər görməli bölgələrdə, kəndlərdə olmalı əhali ilə yaxından təmasda olub, onların şüurlarında inqilab yaratmalıdırlar. Həm də QHT-lərdə bu işlə mediya nümayəndələri ilə birlikdə olmalıdırlar. Əsasəndə kənd yerlərində qadın kişi münasibətləri olduqca quldarlıq dövrünü xatırladır. Sahədə də qadın ev işlərindədə qadın kişilər isə axşama kimi çayxanada nərd damino oynamaqla günlərini keçirir. Ölkədə nə qədər informasiya texnologiyaları artsa da qadın kişi münasibətləri haqda işlər zəif gedir. Bunu aradan qaldırmaq üçün bölgələrə kəndlərə üz tutmaq lazımdır. Kənd əhalisinin 95%-i mətbuatdan uzaqdır. Onları yenidən oxucu qismində geri qaytarmaq üçün kənd sakinlərinin yanında olmaq lazımdır.

Yusif Isayev

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin