Azərbaycan XİN başçısı İran prezidenti Həsən Ruhani ilə görüşüb

0
23

H.Ruhani Azərbaycanla İranın münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini bildirib və Tehran –Bakı arasında əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. 

AnTV.az xəbər verir ki, iki ölkənin əməkdaşlığı ilə önəmli layihələrin icra olunduğunu və Qəzvin-Rəşt dəmir yolunun istismara verildiyini qeyd edən H.Ruhani bildirb ki, Rəşt-Astara dəmir yolu layihəsi də region üçün və iki xalqın mənafei üçün önəmli bir addımır və ümid edirik layihənin icrası tezləşəcək.

İran prezidenti iki ölkənin su bəndi və elektrik stansiyasının tikintisi və eləcə də enerji sahəsində əməkdaşlığını önəmli adlandırıb və bu sahədə əldə olunan razılıqların icrası üçün səylərin artırılmasını isətyib.

H.Ruhani deyib ki, İran və Azərbaycan regional və beynəlxalq məsələlərdə həmişə sülhün, sabitliyin və hüquqların qorunması prinsipini qoruyur.

Azərabycan, İran və Rusiyanın 3 tərəfli əməkdaşlığının inkişaf etdirilməsinin də zəruriliyini qeyd edən H.Ruhani bildirib ki, “regionda bir çox layihələr var ki, bu üç ölkənin və digər ölkələrlə əməkdaşlıq etməyə ehtiyaclıdır. Əməkdaşlıqlarımızın daha da inkişaf etdirilməsi üçün daha çox səy göstərməliyik.”

Görüşdə çıxış edən E.Məmmədyarov Azərbaycan və İran arasındakı münasibətləri dostluq və qardaşıq münasibəti adlandırıb və bildirib ki, Tehran – Bakı arasında siyasi, iqtisadi, mədəni və ictimai əlaqələrin inkişafında heç bir maneə yoxdur.

E.Məmmədyarov müştərək Rəşt – Astara dəmir yolu layihəsini önəmli layihə adlandırıb və bildirib ki, bu layihənin icrası ilə Rusiya , Azərbaycan və İran dəmir yolları birləşəcək və İran Gürcüstan vasitəsilə Qara dənizə çıxış əldə edəcək.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin