Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin növbəti iclası keçirilib

0
278

Bu gün Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin növbəti iclası Gələcək Azərbaycan Partiyasının qərərgahında keçirilib. İclas ictimaiyyətə və KİV nümayəndələrinə açıq şəkildə aparılıb.

İclasda İsgəndər Həmidov, Tural Abbaslı, Əli Əliyev, Əhməd Oruc kimi partiya sədrləri, eyni zamanda bir sıra ictimai-siyasi aktivist, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin iclasında gündəlik məsələlər müzakirə olunaraq, qəbul edilib. Əlavə olaraq, hərəkatın yaranmış olan rayon-şəhər şöbələrinin təşkilati məsələləri iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin, Qarabağ Komitəsinin 16 fevral 2019-cu il tarixində keçirilməsi gözlənilən “Qarabağa azadlıq” mitinqinə dəstək məqsədilə müzakirələr aparılıb.

Sonda geniş müzakirələrlə 2 saata yaxın davam edən iclası İsgəndər Həmidov qapalı elan etdi.

AnTV.az-ın Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin iclasından hazırladığı foto-reportajı sizə təqdim edirik:

 

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin