Azərbaycan Xalq Hərəkatı qurultay qərarı verdi

0
564

İsgəndər Həmidov təşkilat komitəsinin sədri seçildi 

Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin iclası keçirilib.
AnTV.az xəbər verir ki, bu barədə Azərbaycan Liberal Demokrat Partiyasının rəhbəri Fuad Əliyev əməkdaşımıza açıqlama verib. Onun bildirdiyinə görə, iclasda AXH-nin Qurultayının keçirilməsi məsələsi müzakirə olunub: “İclas zamanı AXH İdarə Heyətinin üzvü İsgəndər Həmidov telefonla müzakirələrə qatılıb. Müzakirələrdən sonra Xalq Hərəkatının qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub. Daha sonra 18 nəfərdən ibarət Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) yaradılıb. Bununla da Xalq Hərəkatı İdarə Heyəti öz işinə xitam verib”.

Fuad Əliyev bildirib ki, iclasda QHTK sədr seçkisi olub. 15 nəfər lehinə, 2 nəfər əleyhinə olaraq İsgəndər Həmidov QHTK sədri seçilib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin