Azərbaycan Xalq Hərəkatı Ordubad rayon şöbəsini təsis etdi

Bu gün Azərbaycan Xalq Hərəkatının Ordubad rayon şöbəsinin təsis konfransı keçirilib.

AnTV.az xəbər verir ki, konfransda sabiq Daxili İşlər Naziri İsgəndər Həmidov şəxsən iştırak edib.

Bir neçə Ordubadlı fəalın iştırak etdiyi təsis konfransı Gələcək Azərbaycan Partiyasının qərargahında keçirilib.

Konfrans uğurla baş tutub və AXH-in Ordubad şöbəsinin yarandığı elan edilib.

 

 

Nurlan Cəfəri

AnTV.az