“Azərbaycan Xalq Hərəkatı” M.Ə.Rəsulzadənin 135 illiyini qeyd etdi – FOTOLAR

0
212

Yanvar ayının 31-i Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür.

AnTV.az xəbər verir ki, “Azərbaycan Xalq Hərəkatı” M.Ə.Rəsulzadənin 135 illik yubileyini qeyd edib.

İştirak etmək istəyən hər kəs üçün açıq keçirilən tədbiri giriş sözü ilə açan sabiq DİN naziri İsgəndər Həmidov tədbir iştırakçılarına Rəsulzadə irsindən söhbət açaraq onun Azərbaycanın müstəqilliyi uğrunda gördüyü işlərdən bəhs etmişdir.

100-ə yaxın qonağın iştırak etdiyi tədbirdə partiya rəhbərləri, ziyalılar Rəsulzadə məktəbi haqqında bildiklərini tədbir iştırakçılarının diqqətinə çatdırmışdır.

“Gələcək Azərbaycan Partiyası”-nın qərargahında keçirilən tədbirin foto görüntülərini sizə təqdim edirik:

 

Nurlan Cəfəri

Fərid İsmayılov

Namir Hasanli

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin