Azərbaycan Xalq Hərəkatı BƏYƏNAT yaydı

0
2951

Azərbaycan Xalq Hərəkatı ABŞ Dövlət Departamentinin Azərbaycandakı insan hüquq və azadlıqlarının vəziyyətinə dair yazdığı hesabat barədə bəyanat yayıb.

AnTV.az xəbər verir ki, bəyənatda deyilir:

     Azərbaycan Xalq Hərəkatının

                                    B Ə Y A N A T I

 ABŞ Dövlət Departamenti ötən il dünyada, eləcə də, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabat yaymışdır. Bu hesabatda Azərbaycandakı real vəziyyət geniş təhlil edilmiş, insan hüquqlarının pozulmasına dair konkret faktlar göstərilmişdir. Bu sənəddə ölkəmizdə baş verən şübhəli qətllərə, işgəncərə, söz və mətbuat azadlığının məhdudlaşdırılmasına xüsusi yer verilmişdir. Şübhəli qətllərin baş verməsi və obyektiv araşdırılmaması, siyasi əqidəsinə görə insanların təqib olunması, şərlənərək həs edilməsi adi hala çevrilmiş, istintaqda ölüm hallarının çoxalması, bir çox hallarda siyasi proseslərə polisin müdaxiləsi daha da genişlənmişdir. Faktiki olaraq polis, prokurorluq, məhkəmə ən çox hüquq pozan orqanlara çevrilmiş, hakimiyyətin əlində siyasi alətə çevrilmişlər. Eyni zamanda, vətəndaşların hüquqlarının qorunmasında mühüm rol oynayan vəkillik institutunun iflic edilməsi, prinsipal vəkillərin müxtəlif saxta əsaslarla Vəkillər Kollegiyasından uzaqlaşdırıldığı hesabatda qeyd edilmişdir. Uzun illər vəkillik fəaliyyətini uğurla davam etdirən,vətəndaşların hüquqlarının qorunmasında yaxından iştirak edən bir qrup müstəqil vəkil – Yalçın İmanov, İradə Cavadova, Nemət Kərimlinin Vəkillər Kollegiyasından çıxarılmış, Aqil Layıcın 6 ay müddətinə vəkil fəaliyyətinin dondurulmuş, Fuad Ağayevə, Adil İsmayılova qarşı təzyiqlər güclənmişdir. Vəkillər Kollegiyasının yeni rəhbəri A.Bağırov vəkillərə qarşı həyata keçirdiyi represiyalara o qədər aludə olmuşdur ki, özünün arzuolunmaz hesab etdiyi vəkilləri bütün vasitələrlə öz peşələrindən uzaqqlaşdırır, layiq olmayan prinsipsiz, hüquqdan başı çıxmayan, keçmişi şübhəli olan Sahib Məmmədov kimi şəxsləri bu quruma cəlb edir . Prinsipal vəkillərin öz peşəsindən uzaqlaşdırılması, eləcə də, nümayəndəlik institunun heçə endirilməsi hüquqları pozulmuş insanları faktiki müdafiəsiz qoymuşdur. Belə bir vəziyyət həm də ona görə dözülməzdir ki, Avropa ölkələrində hər yüz min nəfərə 139 vəkil düşdüyü halda, Azərbaycanda hər 100 min nəfərə 10 vəkil düşür.Biz,mövcud hakimiyyətin hüquqları pozulmuş vətandaşları müdafiəsiz qoyduğunu qətiyyətlə pisləyir, yeni bir qurumun – Alternativ Vəkillər Kollegiyasının yaranmasını vacib hesab edirik. Eyni zamanda, bəyan edirik ki, hüquqları pozulmuş vətəndaşların müdafiəsiz qoyulması siyasətinin bundan sonra da davam etdirilməsi bu hakimiyyətin sonunu yaxınlaşdıran əsas amillərdən biri olacaqdır. ABŞ Dövlət Departamentinin Azərbaycan Respublikasına dair hesabatında bir sıra hüquq pozuntuları, o cümlədən, mülkiyyət hüququnın kobud formada pozulması halları öz əksini tapmamışdır,buna baxmayaraq ,Azərbaycan Xalq Hərəkatı hesabatı dəstəkləyir və orada göstərilən qanun pozulmalarının qısa müddətdə aradan qaldırılmasını hakimiyyətdən tələb edir.

         Azərbaycan Xalq Hərəkatının İdarə hetəti. 18.03.2019

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin