Azərbaycan Xalq Hərəkatı İsgəndər Həmidovun həbsi ilə bağlı BƏYANAT VERDİ

0
666

Bu gün “Qarabağ Komitəsi” növbəti konfransını keçirib.

AnTV.az xəbər verir ki, konfransda cari məsələlər, Qarabağ probleminin həllinin mümkün yolları müzakirə olunub.

Tədbirin sonunda sabiq Daxili İşlər Naziri İsgəndər Həmidovun saxlanılaraq 4 saat dindirilməsi qəti şəkildə pislənib və bu barədə komitə bəyanat yayıb. Bəyanatda deyilir:

                    Azərbaycan Xalq Hərəkatının       

 

                               B    Ə     Y     A    N     A    T    I   

 

12 mart 2019-cu il tarixdə Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvü,sabiq Daxili İşlər Naziri İsgəndər Həmidov DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə aparılmış, heç bir əsas olmadan 4 saatdan artıq müddətdə orada saxlanılmışdır. İ.Həmidov müxtəlif vəzifəli şəxslər tərəfindən sorğu sual edilmiş, Azərbaycan Xalq Hərəkatında gedən proseslər,AXH-nin fəaliyyəti ilə bağlı müxtəlif suallar verilmiş,əsassız iradlar bildirmişlər.Baş idarənin əməkdaşları bununla da kifayətlənməmiş, yüksək vəzifəli şəxsin dili ilə İ.Həmidovun AXH-də fəaliyyətini davam etdirəcəyi təqdirdə,övladlarının cibinə narkotika atılaraq tutulacaqları ilə təhdid etmişlər. Təəssüflə qeyd etməliyik ki,son aylar polis tərəfindən AXH-nin təşkilatlanmasına,siyasi proseslərə müdaxilə edilməsi, cinayət xarakterli hərəkətlər dəfələrlə baş vermişdir. 12 fevral 2019-cu il tarixdə də belə hallar baş vermiş,rayonlarda (Şəki,Qazax,Ağstafa,Şirvan və s.) AXH-nin fəaliyyətinə polis tərəfindən müxtəlif formalarda təqib və təhqirlər baş vermişdir.Bu polis özbaşınalıqları ilə bağlı Daxili İşlər Naziri R.Usubova müraciət edilsə də qanuni tədbirlər görülməmişdir.Polis orqanlarında cəzasızlıq mühiti olması onunla nəticələnmişdir ki, Masallı rayon polis idarəsinin rəisi H.Əmiraslanov heç bir məhkəmə qərarı olmadan təsis konfransı keçirilən şəxsi edə hücum etmiş, bununla da vəzifə səlahiyyətlərini aşaraq cinayət törətmişdir. Mövcud hakimiyyət uzun illər öz vətəndaşlarına qarşı törətdiyi qanunsuz, cinayət xarakterli əməllərini ört basir etmək, xalqın sərvətlərini çapıb talamaq, işğal edilmiş torpaqların azad edilməsi əvəzinə xalqı təslimçi sülhə hazırlamaq məqsədi ilə Xalq Hərəkatının yaradıcılarına,hərəkatın üzvlərinə hər cür təzyiqlər edir, onları həbs etməkdən belə çəkinmir. Biz, xalqın iradəsini ifadə edən Xalq Hərəkatının üzvləri siyasi hakimiyyətə müraciət edərək onların belə təhlükəli əməllərini qətiyyətlə pisləyir,öz vətəndaşlarına qarşı düşmən münasibətə son qoymağa, Azərbaycan Respublikasının Konstitusiyasına,qanunlara əməl etməyə çağırırıq. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevdən ,Daxili İşlər Naziri R.Usubovdan tələb edirik ki, Azərbaycan Xalq Hərəkatına qarşı törədilən hər bir qanunsuz əməllər araşdırılsın,günahkar şəxslər məsuliyyətə cəlb edilsin. Eyni zamanda,Daxili İşlər Naziri R.Usubov baş verən hadisələrlə bağlı Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin bir qrup üzvünü qəbul etsin.

AXH-nin İdarə Heyəti.

13.03.2019

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin