Xəbərlər

Azərbaycan və Pakistan Anlaşma Memorandumu imzalayacaq - VİDEO

İslamabadda Pakistan və Azərbaycan Xarici İşlər nazirliklərinin nümayəndə heyətləri səviyyəsində ikitərəfli danışıqlar davam edir.

“AnTV” xəbər verir ki, bu barədə “Dispatch News Desk” (DND) informasiya agentliyi məlumat verib.

Qeyd olunur ki, danışıqlar Pakistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına, çoxtərəfli sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına və əsas regional və qlobal məsələlərdə ortaq strategiyanın qəbuluna həsr ediləcək.

Həmçinin danışıqların yekununda Anlaşma Memorandumu imzalanacaq.