Gündəm

"Azərbaycan tək torpaqları uğrunda mübarizə aparmır, müstəqilliyini sübut edir" - Rəsul Quliyev

Eks-spiker Rəsul Quliyev Müstəqillik günü münasibətilə xalqımızı təbrik edib.

AnTv.az xəbər verir ki, Rəsul Quliyev öz sosial şəbəkə hesabında paylaşım edib.

Rəsul Quliyev: "Azərbaycan müstəqilliyini 1991-ci ildə Avqust putçundan (o vaxt prezident Mütəllibov putçistləri təbrik etmişdi. O putçistləri ki, 1917-ci ildəki kimi qan töküb yenidən sovet imperiyasını bərpa etmək istəyirdi) sonra dağılmış Sovet İttifaqında qalmış axırıncı ölkə idi. Müstəqillikdən sonra hələdə bəlkə də qaytardılar, yəni sovet imperiyası bərpa olunacağına inanan Mütəllibovun "müdrik" idarəçiliyi altında Azərbaycan axırıncı azərbaycanlı yaşayan Şuşanıda itirdi və qana batmış DQ (Xocalı və başqa yerlərdə) azərbaycansızlaşdırıldı.
 

Bu gün Azərbaycan tək torpaqları uğrunda mübarizə aparmır, müstəqilliyini sübut edir. Çox ümid edirəm ki, Azərbaycan müstəqilliyinin 30 illiyini bütün ərazilərinin azad olduğu Azərbaycanda keçirəcək. Hərbi parad Şuşanın Cıdır düzündə keçiriləcək."

AnTV.az