Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib

0
7

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 12 Noyabr – Azərbaycan Respublikasının Konstitutsiya Gününə həsr olunmuş tədbir keçirilib.

AnTv.az-ın xəbərinə görə, institutun rektoru Ceyhun Məmmədov 12 Noyabr – Azərbaycan Respublikasının Konstitutsiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Aİİ rektoru demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan,   ilk Milli Konstitusiyanın  qəbul olunması tarixindən danışıb.

C.Məmmədov qeyd edib ki, hər bir dövlətin mövcudluğunu şərtləndirən mühüm amillərdən biri onun qanunvericilik sisteminin olmasıdır: “Bu baxımdan, Azərbaycan Respublikasının da qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir”.

Bildirilib ki, Konstitusiyamının qəbul olunmasından ötən 23 ildə Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəliş, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi kimi amillər respublikamızın sürətli inkişafının göstəricisidir.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin