Azərbaycan bayrağına qarşı hörmətsizlik – FOTO

0
36

“Facebook” sosial şəbəkəsində Azərbaycan bayrağına zibil büküldüyünü əks etdirən görüntülər yayılıb.

AnTV.az Oxu.Aza istinadən xəbər verir ki, fotolar qısa zamanda geniş müzakirələrə səbəb olub.

Hadisənin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsində baş verdiyi bildirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, bu günlərdə sosial şəbəkədə Azərbaycan Bayrağına hörmətsizliklə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsində çəkildiyi iddia edilən fotoşəkil paylaşılıb:

“Bəzi xəbər saytları isə məsələni araşdırmadan öz səhifələrində bu mövzu ilə bağlı məlumat yerləşdiriblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti harada, hansı ünvanda baş verməsindən asılı olmayaraq, Azərbaycan bayrağına edilən hörmətsizliyi kəskin pisləyir. Xidmətin şəxsi heyəti Azərbaycanın dövlət atributlarını müqəddəs bilir və onlardan istifadə qaydaları barədə qanunvericiliyin tələblərinə tamamilə riayət edir.

Bununla belə, qeyd edilən məsələ Xidmət tərəfindən tam nəzarət götürülməklə ciddi araşdırılır. Əgər iddia edildiyi kimi, bu hal Xidmətin müvafiq struktur bölməsində baş veribsə, cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti belə bir həssas məsələdən sui-istifadə etməklə dövlət qurumunun ümumi fəaliyyəti barədə ictimai rəydə çaşqınlıq yaratmaq cəhdlərindən təəssüfünü ifadə edir”, – deyə xidmətdən qeyd edilib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin