AZƏRABYCAN XALQ HƏRƏKATI (AXH) BƏYANAT YAYIB

0
126

 Azərbaycan        Xalq           Hərəkatının       İdarə    Heyətinin

 

                                           B     Ə    Y     A    N    A   T    I 

 

Azərbaycan Xalq Hərəkatı ölkə əhalisinin diqqətinə çatdırır ki, Bakı Şəhər İcra Hakimiyyəti növbəti dəfə vətəndaşların Azərbaycan Respublikasının Konistitutsiyasından, eləcə də Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn hüquqlarına heç bir məhəl vermədən AXH-nin 20 iyil 2019-cu il tarixində Xocalı abidəsi önündə yürüş-mitinq keçirmək tələbini geri çevirmiş, “Qarabağa azadlıq” şüarı altında keçirmək istədiyimiz kütləvi aksiyanın keçirilməsinin məqsədəuyğun olmadığını bildirmiş və aksiya keçirməməyin tövsiyyə olunmadığını bildirmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizov, görünür, hələ də dərk etməyib ki, onun işi “tövsiyə vermək”dən ibarət deyildir və Azərbaycan Xalq hərəkatının da onun “tövsiyyələrinə” heç bir ehtiyacı yoxdur.

Bakı Şəhər İcra hakimiyyətinin görməli olduğu iş yalnız və yalnız keçirilən və ya keçirilməsi nəzərdə tutlan kütləvi aksiyaların təhlükəsizliyini təmin etməkdir. Mitinqə icazə verib-verməmək, qanunvericilikdə nəzərdə tutlmuş müəyyən istisnalar nəzərə alınmaqla, onun səlahiyyətinə aid deyildir. Azərbaycan Xalq Hərəkatı bəyan edir ki, mövcud qeyri-legitim iqtidar vətəndaşların Konstitusiyadan və Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn hüquqlarına məhəl qoymamaqla, müxalifəti radikal mövqe sərgiləməyə məcbur edir ki, bu da gələcəkdə xaos və idarəolunmaz situasiyaya gətirib çıxara bilər.

Hadisələr bu istiqamətdə inkişaf edərsə, bunun bütün məsuliyyəti bütünlüklə mövcud qeyri-legitim hakimiyyətin üzərinə düşəcəkdir.

 

                                                     AXH İdarə Heyəti 19. 07. 2019.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin