Azər Həsrət: “Azərbaycan müxalifətində birlik yoxdur”

0
69

Azər Həsrət indiki halda keçiriləcək mitinqlərin uğursuz olacağını fikirləşir.

Siyasi şərhçi Azər Həsrət AnTV.az-a açıqlamasında “İstənilən siyasi qüvvənin istənilən zaman özünün etirazını, öz platformasını xalqa çatdırmaq üçün küçə aksiyaları, yürüşləri keçirtmək hüququ var. Biz də bu hüquqa hər zaman hörmətlə yanaşmışıq. Lakin indiki şəraitdə bu yürüş və aksiyanın zərurət təşkil etdiyini hesab etmirəm. Görünür ki, həmin siyasi qüvvələrin rəhbərləri yetərincə siyasi təcrübə, bacarığa malik deyilər ki, belə dəxli olmayan qərarlar verib, icra etməyə çalışırlar. İcra etmək istəyən zaman da həmin qərarlar iflasa uğramış olur. Xüsusən də indiki şəraitdə Azərbaycan hakimiyyəti xalqın çoxsaylı problemlərini həll edərək öz reytinqini davamlı şəkildə yüksəltdiyi şəraitdə müxalifətin mitinqləri uğurlu alına bilər. Görünür ki, bunu o adamlar özləri hesablaya bilməyib, canfəşanlıq edirlər. Milli Şuranın 6 aprelə mitinq, Müsavatın 7 aprelə yürüş təyin etməsi bir daha göstərir ki, Azərbaycan müxalifətində birlik yoxdur, birləşib xalqın problemini həll etmək əvəzinə “mən də varam” deməkdir. Yenə qeyd edirəm ki, bu onların hüququdur, bizim də o hüquqa hörmətlə yanaşmamız ən azından vətəndaş olaraq borcumuzdur. Hakimiyyət, dövlət buna nə deyəcəksə, ona da qarışa bilmərik. Bu aksiyaların keçirilməsinə dövlətin də özünə görə siyasəti var. Vətəndaşların istirahət hüququnun qorunmasından tutmuş digər strateji əhəmiyyətli məsələlərə əsaslanaraq, bu aksiyaların keçirilməsinə dövlət tərəfindən qərar verilir.  Bir siyasi şərhçi olaraq, bu təşəbbüsləri uğursuz hesab edirəm.” – deyə qeyd etdi.

Qeyd edək ki, Cəmil Həsənli öz sosial şəbəkə hesabında Milli Şuranın növbəti kütləvi aksiyasını aprel ayının 6-da, saat 15:00-a “Məhsul” stadionuna təyin edildiyini, aprel ayının 7-də isə Müsavat Partiyası yürüş keçirəcəyini qeyd edib.

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin