Azad Həsənliyə qarşı cinayət işi açılıb

0
31

Bakıda polis tərəfindən saxlanılan Müsavat Partiyasının fəalı Azad Həsənliyə qarşı
ittihamlar irəli sürüb.

AnTv.az-ın xəbərinə görə, bu haqda  vəkil  Osman Kazımov məlumat verib. O.Kazımov bildirib ki, A.Həsənliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Vəkil bildirib ki, Xətai rayon Məhkəməsində oktyabrın 12-də Azad Həsənli barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənli oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya qayıdıb.
Sərhədi problemsiz keçən A.Həsənli oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Xatırladaq ki, A,Həsənli  Müsavat Partiyasının üzvüdür. Partiya onun saxlanılması ilə əlaqədar olaraq bəyanat yayıb.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin