AXH yürüş keçirəcək

0
273

Azərbaycan Xalq Hərəkatı (AXH) mitinq-yürüş keçirilməsi barədə qərar qəbul edib.

AnTV.az xəbər verir ki, “Qarabağa azadlıq”, “Azad seçkilər” şüarı altında aksiyanın iyulun 20-də keçirilməsi nəzərdə tutulur. Yürüşün “Amay” Ticarət Mərkəzindən Xətai rayon İcra hakimiyyətinin binasına qarşı keçirilməsi nəzərdə tutulur.

Ağasif Şakiroğlu

AXH-nin İdarə Heyətinin üzvü Ağasif Şakiroğlunun “turan.az”-a verdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinə aksiya keçirmək niyyəti haqqında bildiriş göndərilib.

İndiyədək hakimiyyət bu ictimai qurumun heç bir kütləvi aksiyasına icazə verməyib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin