AXH və Bəyaz Hərəkat yürüş üçün bir araya gəldi- ÖZƏL

0
177

Azərbaycan Xalq Hərəkatı və Bəyaz Hərəkatı bir araya gəldi…

AnTV.az xəbər verir ki, bu gün Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvləri olan Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov, ALDP sədri Fuad Əliyev, Alov Partiyasının sədri Rza Səfərsoy və Gələcək Azərbaycan Partiyasının, eyni zamanda AXH-nin dönəm sədri olan Ağasif Şakiroğlu “Bəyaz” Hərəkatının sədri Hürrü Əliyev arasında ikitərəfli rəsmi görüş keçirilib.

Bu barədə AnTV.az-a Gələcək Azərbaycan Partiyasının sədri, Azərbaycan Xalq Hərəkatının dönəm sədri Ağasif Şakioğlu məlumat verib.

Görüşün məqsədi 24 iyul tarixində müxalif düşərgənin birləşərək Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin məzarını ziyarət etməsi qərarı olub.

AnTV.az-a özəl mənbələrdən əldə etdiyi informasiyaya əsasən nəzərə çatdırır ki, görüşdə tərəflər müsbət nəticələr əldə ediblər. Belə ki, ilkin şifahi razılaşmaya əsasən, 24 iyunda sabiq prezident Əbülfəz Elçibəyin məzarına birlikdə ziyarət təşkil olunacaq. İlkin razılaşma əldə olunsa da bu son qərar deyil. AXH İH-nin üzvləri ilə məsələni müzakirə edib birgə qərar verəcəkdir. AXH-nin 17 iyunda baş tutacaq ənənəvi iclasında yekun qərarın veriləcəyi gələn informasiyalar sırasındadır.

Qeyd edək ki, 24 iyun saat 11:00-da 20 nömrəli məktəbin qarşısından Ə. Elçibəyin məzarına qədər “Birlik Yürüşü” nəzərdə tutulub.

“Bəyaz” Hərəkatının lideri Hürrü Əliyev, Elçibəy ideyalarını özündə birləşdirən, milli dəyərlər uğrunda mübarizə aparan bir sıra qurumlara rəsmi müraciət edərək Ə. Elçibəyin doğum günü birliyə səsləyərək sözügedən yürüşə dəvət edib. Müraciətə isə ilkin mərhələdə Azərbaycan Xalq Hərəkatından, Müsavat Partiyasından, Klassik Xalq Cəbhəsi Partiyasından, Gələcək Azərbaycan Partiyasından və Milli Strateji Düşüncə Mərkəzindən müsbət cavab gəldiyi bildirilir.

 

 

Nurlan Cəfəri

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin