Azərbaycan Xalq Hərəkatı rəsmən elan edildi – VİDEO REPORTAJ

0
2822

Bu gün müxalif Ümid Partiyasının qərərgahında 20-yə yaxın müxalif siyasi partiyanın sədrinin və istiqlalçı millət vəkillərinin iştirakı ilə “Azərbaycan Xalq Hərəkatı” təşəbbüs qrupunun növbəti toplantısı keçirilib. Toplantıya sabiq daxili işlər naziri, istiqlalçı millət vəkili İsgəndər Həmidov sədrlik etmişdir.

AnTV.az xəbər verir ki, toplantıda yaranmaqda olan qrumun redaksiya heyyətinin hazırladığı sənədlərdən məramnamə, fəaliyyət planı və strukturunun formalaşdırılmasına dair digər mühim sənətlər müzakirə edilərək qismən qəbul edilmişdir.

Toplantıda Azərbaycan Xalq Hərəlatının yaradılması məqsədə uyğun bilinmiş və Hərəkatın təsis edilməsinə dair ilkin bəyanat qəbul edilərək imzalanmışdır.

Hərəkatın yaranması ilə bağlı məlum bəyanata Milli Demokrat Partiyasının lideri İsgəndər Həmidov, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Ağ Partiyanın başqanı Tural Abbaslı, Bütöv Azərbaycan Partiyasının sədri Elşad Musayev, Vahid Azərbaycan və Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Azadlıq Partiyasının sədri Əhməd Oruc, istiqlalçı millət vəkili Rəhim Qazıyev, tanınmış jurnalist Əvəz Zeynallı, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Millətci Hərəkat Partiyanın sədri Valeh İbadov, Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov, istiqlalçı millət vəkili Mətləb Mütəllimov, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Canım Azərbaycan Partiyasının sədri Ramiz Rzayev imza atmışlar.

Məlum bəyanata imza atmayan Ümid Partiyasının sədri İqbal Ağazadə, Xalq Partiyasının sədri Pənah Hüseyn, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hələlik müşahidəçi statusda qaldıqlarını bəyan etmiş, lakin hərəkatın fəaliyyətinə maksimum tövhə verməyə çalışacaqlarını bəyan etmişlər.

Son olaraq qeyd edək ki, hərəkatın təqdim etmə mərasimi 26 yanvar 2019-cu il tarixində saat 12.00-da Azərbaycan Demokrat Partiyasının mərkəzi qərərgahında keçiriləcəkdir.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin