AXH-nın Yasamal rayon təşkilatı təsis edildi

0
675

Azərbaycan Xalq Hərəkatı Bakının rayonlarında genişlənməyə davam edir. 

AnTV.az xəbər verir ki, bu gün günorta saatlarında Yasamal rayonunda baş tutan təsis konfransında Azərbaycan Xalq Hərəkatının Yasamal rayon təşkilatı yaradılıb.

AXH-nın Yasamal rayon təşkilatının təsis konfransında hərəkatın təsisçisiləri Tural Abbaslı, Əli Əliyev, Mətləb Mütəllimov və İsgəndər Həmidov iştirak ediblər. Qonaqlar tədbirdə çıxış edərək hərəkatın yaranma səbəbləri, gələcək planlar, görüləcək işlər haqqında təşkilata yeni qoşulan üzvlərlə geniş söhbət ediblər.

Sonda Hərəkatın Ali Məclisinə təsis edilmiş Yasamal rayon təşkilatından 3 nəfər üzv seçilmişdir. 

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin