AXH-ə qarşı represiyalar davam edir

0
285
Əqil Əliyev

Azərbaycan Xalq Hərəkatına qarşı represiyalar davam edir.

AnTV.az xəbər verir ki, AXH-ın üzvü, Gələcək Azərbaycan Partiyasının Xəzər rayon şöbəsinin sədri Əliyev Əqil Əli oğlu həbs olunub.

Onun Xəzər rayon polis şöbəsi tərəfindən həbs olunduğu bildirilir.

Ə. Əliyev AXH-ın təsis konfransında etdiyi sərt çıxışla yadda qalmışdı. Onun konfrans zamanı etdiyi çıxış mediada geniş müzakirə olunmuşdur.

 

 

Əqil Əliyev

Son məlumata görə, Əqil Əliyev 3 gün ərzində Bakını tərk etmək şərti ilə azadlığa buraxılıb.

Xatırladaq ki, Ə. Əliyev Naxçıvan MR-da anadan olub.

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin