AXH-də qəribə olaylar davam edir: Surpriz adlar kimlərdir?

0
226

Xəbər verdiyimiz kimi Azərbaycan Xalq Hərəkatı ötən gün ilk Ali Məclis iclasını keçirdi. 

AnTV.az xəbər verir ki, iclasda ümumi səsvermə yolu ilə Xalq Azadlıq Partiyasının rəhbəri Valeh Mirzəyev Ali Məclisin sədri, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov onun müavinləri seçiliblər.

Hərəkatdan ayrılan və yeni İdarə Heyətinə seçilməyən qeyri-legitim qolundan artıq iclas haqqında fikirlər formalaşır.

Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev “Yeni Müsavat”a açıqlamasında özlərinin fəaliyyətdə olan idarə heyətinin tərkibində sürpriz bir artım olacağını bildirib:

“Hər iki tərəfin özünün məsələyə münasibəti ola bilər. Burada ən yaxşı hakim zamandır. Mənə elə gəlir ki, bir müddətdən sonra kimin təşkilat, kimin qeyri-təşkilat olduğu məlum olacaq. Növbəti iclasımızı keçirəcəyik. Dönəm sədri kimi deyə bilərəm ki, gündəliyimiz müəyyən olunub. Bu iclasımızda idarə heyətimizin tərkibində sürpriz bir artım olacaq. İctimaiyyət bu barədə məlumatlandırılacaq. Tədricən insanlar nəyin harada olduğunun fərqinə varmağa başlayıblar. Baş verənlər artıq düzgün qiymətləndirilir. Ona görə biz narahat deyilik. Öz işimizi davam etdiririk. Bu şəkildə də davam edəcəyik. Bir neçə partiya ilə idarə heyətimizi genişləndirmək üçün danışıqlar aparırıq. İlk günlərdə hərəkatın təsisatında iştirak edən və bu günə qədər mövqeyini tam müəyyən etməmiş partiyalardan biri bu iclasımıza qatılacaq. Tədricən proses aydınlaşmağa doğru gedir. Mediada, ictimaiyyət arasında AXH ilə bağlı sualların cavabı getdikcə tapılır”.

Əli Əliyev öz açıqlamasında “İlk günlərdə hərəkatın təsisatında iştirak edən və bu günə qədər mövqeyini tam müəyyən etməmiş partiyalardan biri bu iclasımıza qatılacaq.“-deyib. İctimaiyyətə maraqlıdır, hansı partiyadan söhbət gedir? Nəzərə alsaq ki, son iclasda KXCP sədri Mirmahmud Mirəlioğlu öz mövqeyini açıqlayıb iclası tərk etmişdi. O, qeyri-legitim hesab edilən heyətin fikirləri ilə üst-üstə düşən açıqlamaları ilə yadda qalmışdı. Buna görə də, ehtimal olunur ki, artıq Klassik xalq Cəbhəsi Partiyası öz mövqeyini dəyişib qarşı tərəfə keçib.

Müşahidələr bu partiyanın “ADP” və ya “Ümid” partiyalarından biri olması şübhəsini də saxlayır.

İqbal Ağazadə – Sərdar Cəlaloğlu

Bu partiyanın adının bir neçə saat sonra baş tutacaq qeyri-legitim iclasda məlum olacağı gözlənilir…

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin