AXCP Təşkilat Şöbəsinin rəhbəri həbs edildi

0
120

AXCP Təşkilat Şöbəsinin müdüri Saqif Qurbanov 15 sutka müddətinə inzibati həbsə məhkum edilib. S.Qurbanlı barəsində fevralın 25-də Səbail rayon məhkəməsi qərar çıxarıb.

AnTV.az xəbər verir ki, S.Qurbanlı fevralın 24-də Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət edilib. Qurbanov polisin çağırışı ilə 8-ci Polis Bölməsinə gedib. Onu oradan Səbail Polis İdarəsinə aparıblar. Fevralın 25-də isə məhkəmə önünə çıxarıblar.

S.Qurbanlı bu il yanvarın 20-də də 20 sutka müddətinə həbs edilmişdi.

S.Qurbanlıdan başqa AXCP-nin bir neçə nəfər mitinq təşkilatçısı olan üzvü də inzibati qaydada həbs edilib. Partiyadan bildirilir ki, mitinq təşkilatçısı olan fəalların əksəriyyəti təqib altındadır, hər an həbs oluna bilərlər.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin