Avropa Məhkəməsi Azərbaycan hökumətini 146 min avro cərimələyib

0
551

Avropa İnsan Haqları Məhkəməsi “Ədalət Axverdiyev Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

AnTV.az xəbər verir ki, məhkəmə Azərbaycan hökumətini Ədalət Axverdiyevə maddi ziyana görə 140 min, mənəvi zərər və xərclərin hər birinə görə də 3 min avro ödəməsi barədə qərar çıxarıb.

Bu barədə vəkil Fuad Ağayev məlumat yayıb.

Xatırlatma: 

2009-cu ildə Bakının Xutor qəsəbəsi kimi tanınan hissəsində evlər kütləvi şəkildə sökülməyə başlayanda ərazidə mənzili olan vətəndaşlardan Ədalət Axverdiyev söküntü ilə razılaşmayıb. O, Nərimanov Rayon Məhkəməsinə müraciət etsə də işə baxılanadək ona məxsus ev sökülüb.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin