Avropa Məhkəməsi Azərbaycan hökumətinə suallar göndərib

0
22

Avropa Məhkəməsi  Azərbaycanla bağlı bir neçə iş üzrə araşdırmaya başlayıb.

AnTv.az-ın xəbərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədovun şikayəti ilə bağlı Azərbaycan hökumətinə suallar göndərib. Məhkəmənin məlumatında  bu haqda deyilir ki, Hilal Məmmədov 2013-cü ildə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavəti qızışdırmaqda ittiham olunub.

2017-ci il martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan redaktor barəsindəki qərarların qanunsuz olduğunu, peşə fəaliyyətinə, ictimai fəallığına görə, həbs olunduğunu bəyan edib. AİHM-in araşdırmağa başladığı digər şikayət Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin həbsdə olan keçmiş komandiri Elçin Əmiraslanovun bacısı Şəhla Abbasəliyevaya aiddir.

Ş.Abbasəliyevanın şikayətində bildirilir ki, bəzi yerli media qurumları hazırladıqları məqalələrdə qardaşını “dövlətin düşməni” adlandırıb. Ş.Abbasəliyeva qardaşına görə, iş yerindən də məhrum olub.Yerli məhkəmələr onun şikayətlərini təmin etmədiyindən o, AİHM-ə üz tutub.

Ş.Abbasəliyeva hesab edir ki, onun Avropa Konvensiyasının 8-ci (şəxsi həyatın toxunulmazlığı)və 14-cü (Ayrı-seçkiliyin yolverilməzliyi) maddələri ilə qorunan hüquqları pozulub.

Digər dörd şikayət isə özəl universitetin təhsil haqqında diplomunun təsdiq edilməməsi, mənzildə axtarış aparılması, yaşayış icazəsinin verilməməsi ilə bağlıdır.

Daha bir işdə isə məhkuma aid kitabların və onun həbsxanadan mediaya göndərdiyi məktubların saxlanılmasından şikayət edilib.

Gülnaz Qənərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin