Xəbərlər

Avropa İttifaqının rəhbərliyi Ərdoğanla görüşdü

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

AnTV.az-ın xəbərinə görə, bu barədə Aİ Şurasının Prezidenti "Twitter" hesabında bildirib.

Şarl Mişel görüşdə Türkiyə və Aİ-nin gələcək əlaqələrinin müzakirə olunacağını deyib.

"Daha konstruktiv gündəm yaratmaq üçün gərginliyi davamlı olaraq azaltmaq lazımdır", - deyə Aİ rəsmisi qeyd edib.

Qeyd edək ki, görüş Aİ institutlarının rəhbərlərinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.