ATƏT sədri Azərbaycan və Ermənistan jurnalistlərinin səfərinə münasibət bildirib

0
4

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərinə münasibət bildirib.

AnTV.az xəbər verir ki, Bakıda səfərdə olan ATƏT sədri jurnalsitlərə açıqlamasında bunun müsbət addım olduğunu, etimadı artırdığını, ab-havanı yaxşılaşdırdığını və gərginliyi azaltdığını deyib.

O hesab edir ki, bu, siyasi həll üçün yol açacaq: “Bildiyiniz kimi, Slovakiya bu il ATƏT-ə sədrlik edir. Biz, əlbəttə ki, vəziyyətin inkişafını yaxından izləyirik. İnanıram ki, Slovakiyanın sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin