AŞPA prezidenti Gürcüstana səfər edəcək

0
9
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye aprelin 29-30-da Gürcüstana səfər edəcək.

AnTV.az xəbər verir ki, bu barədə AŞPA prezidenti Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə Strasburqda keçirdiyi görüşdən sonra bildirib.

Tbilisiyə səfəri çərçivəsində L.M.Paskye Gürcüstanın Avropa Şurasına (AŞ) üzvlüyünün 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Görüşdə tərəflər Gürcüstan və Avropa Şurası arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edərək, son illər Gürcüstanın demokratiya və islahatlar sahəsində əldə etdiyi nailiyyətləri vurğulayıblar.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin