Aslan Həmidli: “Bu hakimiyyət öz sonunu yaxınlaşdırır”

0
754

Azərbaycan Xalq Hərəkatının Mətbuat Xidməti rəhbəri Aslan Hamidli son günlər hərəkatda baş verən həbsləri sərt şəkildə tənqid edib.

AnTV.az xəbər verir ki, AXH Mətbuat Xidməti rəhbəri sosial şəbəkədə etdiyi paylaşımda Əliyev hakimiyyətinə sərt mesaj göndərib.

A.Hamidli hakimiyyətdən bu təzyiq və başqılara son qoyulmasını tələb edərək qeyd edir ki, bu özbaşınalıqlara son qoyulmayacağı təqdirdə bu onlar üçün heç də yaxşı bitməyəcək:

“Artıq bir neçə gündür ki, Azərbaycan hakimiyyəti AXH-nə qarşı təzyiqlərə davam edir. Dünən demək olar ki, AXH-nin İdarə Heyətinin 90 %-i Banditizmə aparılıb.

Azərbaycan Xalq Hərəkatının Ali Məclisin üzvləri və həmçinin fəalları həbs olunaraq Bakıya gətirilib. Bu hakimiyyət artıq nə etdiyini anlamır və getdikcə öz sonunu yaxınlaşdırır.

Hər kəsə bəllidir ki, AXH-nə qarşı olunanların başında bir nəfər dayanır. Bəli cənab Əliyev bizlərə edilən bu təzyiqlər öz bəhrəsini verməyəcək buna tam əmin olun. Bu tip hadisələr bizləri daha da gücləndirəcək və istədiyimizə daha da yaxınlaşadıracaqdır!

Azərbaycan Xalq Hərəkatına qarşı olunan repressiyalara hakimiyyət son verməlidir!

Əks təqdirdə bizlərə qarşı atılan addımın bumeranqı çox ağır olacaq.”

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin