Siyasət

Aslan Hamidli: "Zəfərimizi ölkə gündəmdən çıxartmağa heç kim cəhd etməməlidir"

"Hər şey 44 günlükmü idi?"

AnTV.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli deyib.

"Diqqət yetirirəm ki, vətəndaşların bir qismi artıq Qarabağ zəfərimizi unudublar. Bu gün siyasi elitada gündəm kim like çox aldı, kim paylaşım etdi və s kimi önəmsiz, əhəmiyyətsiz şeylər olur. Əzizlərim sizləri əmin edirəm ki, ermənilər adi bir təpəlik alsa idi illərcə o mövzunu daim qabardacaqdı. 

Niyə belə oldu? Məgər məğlub olmuşuq?!
Məgər Laçının, Cəbrayılın, Qubadlının, Kəlbəcərin, Zəngilanın, Füzulinin, Ağdamın Hadrutun və Şuşanın azad edilməsi öz-özlüyündə böyük nəticə deyilmi?

Bu rayonların azadlığı xalqımızda itmiş inamın yenidən oyanışı olmadımı?!
Bu uğur, bu zəfər sizlərə heçnəmi demir?!

Müharibə bitdi. Vətənpərvərliyimiz, ərazi bütövlüyünə olan sevgimiz də bitdimi?!

Hər şey 44 günlükmü idi?

Anlamaq lazımdır ki, 3000 minə yaxın şəhid, on minə yaxın qazi bizə bəxş etmiş böyük Vətən Savaşı sıradan bir hadisə deyildi. 

Ən azından şəhidlərimizin əziz ruhları qarşısında bizlər borcluyuq. Bu səbəbdən zəfərimizi ölkə gündəmdən çıxartmağa heç kim cəhd etməməlidir. Anlamaq lazımdır ki, qarşıda daha böyük amallar dayanır."

AnTv.az