Aslan Hamidli: “Çaqqal heç zaman bozqurd ola bilməz”

0
828

“İsgəndər Həmidovun ,,Taxt oyunları,,…”

AnTV.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyasının sədrinin səlahiyyətli nümayəndəsi Aslan Hamidli İsgəndər Həmidovun ifşasına münasibət bildirərkən deyib.

A.Hamidli bildirib ki, xalqı satmaq İsgəndər Həmidovun xislətində var:

“Sabiq daxili işlər naziri İsgəndər Həmidov “müxalifət” timsalına bürünərək keçmişdə etdiklərini unudulması üçün addım atdı. O addım ki, keçmiş generalın ayağını bir-birinə dolaşdırdı. Sabiq daxili işlər nazirinin unutduğu bir məsələ var idi, qarşısındakı adam asand rəqib deyildi. İsgəndər Həmidov hakimiyyətlə razılığa gələrək xalqın üzərində yenə oyunlar oynamağa başladı, keçmiş milis xislətini unutmayaraq yənə alveri seçdi!”

Aslan Həmidli

Partiya funksioneri İsgəndər Həmidovun yalançı “xəstəlik oyunu”-na da toxunub:

“O oyun ki, keçmiş generalın xalqını satması ilə başladı. Aylar keçdi, “xəstəliklər” aşkarlandı, dağa çəkilmələr, hətta Türkiyədə “ağır ürək əməliyyatları”. Bunların hamısı sıra ilə oldu. Çünki hakimiyyət belə istəmişdi. Xalq isə hər zamankı kimi ümidlə “lider”inin sağalıb gəlməsini gözləyirdi…”

İsgəndər Həmidovun oyunlarına dur demirdilər. Çünki onun ətrafında olanların bəzilərinin də onun kimi hakimiyyətlə bağlılıqları var idi. Onlar da təbii ki, hakimiyyətin tulası İsgəndərə qarşı çıxası deyildi ki… Digərləri…. Digərləri dedik də, böyük nəsə anlamayın əziz dostlar. Partiyada yalnız özü olan bu şəxslər içki pulunu alıb susmağı seçdilər. Xalqın dərdinə yanmaq əvəzinə sadə alkaşlığı seçənlərdən bu xalq nə ala bilərdi?! Hətta hakimiyyətin tulası olan İsgəndər Həmidovu bir araq butulkasına müdafiə edənlər, xalqı hakimiyyətin bir kletka arağına da satası idilər! Hə birdə İsgəndər Həmidovun bu haqsızlığına qarşı çıxan tək-tük adamlarıda keçməyək onlara halal olsun sadəcə. Haqqı görüb cəsarətli mövqe ortaya qoymaq, şərəfli insanlara məxsusdur…”

Sonda A.Hamidli sabiq daxili işlər nazirinin “bozqurdçu” olmağından da danışıb:

“İsgəndər Həmidov özünü hər zaman “bozqurd” adlandırırdı. Amma keçmiş “generala” başa salmaq lazımdır ki, xalqı satmağ bozqurda yaraşan hərəkət deyildir, bu tip əməllər yalnız və yalnız çaqqala yaraşan hərəkətdir! Çaqqal isə heç bir zaman qurd ola bilməz…”

Nurlan Cəfəri
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin