Arda Turanla bağlı ŞOK XƏBƏR: 13 il həbs

0
24

Türkiyənin Milli Futbolçusu Arda Turanla müğənni Berkay Şahin arasında baş verən dava səbəbindən futbolçu haqında “cinsi istismar”, “qanunsuz silah saxlamaq”, “ümumi təhlükəsizliyi qəsdən aldatmaq” və “qəsdən yaralama” maddələri ilə cinayət işi açılıb.

 

Antv.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu Arda Turanın 12,5 il, müğənni Berkay Şahinin şiakyəti əsasında isə daha 2 ilə qədər həbs tələbi ilə ittiham aktı hazırlayıb. Müğənninin vəkili Ayşegül Mərmər İstanbul Cümhuriyyət Baş Prokurorluğuna ərizə verərək futbolçunun layiq olduğu cəzanı çəkməsini tələb edib.

Xatırladaq ki, müğənni Berkay Şahin isə son açıqlamasında Arda Turanın baş verənlərlərlə bağlı hər kəsdən üzr istəyəci təqdirdə şikayətini geri götürəcəyini demişdi. Arda Turandan rədd cavabı alan müğənni daha sonra “Ədalətə inamım tam. Arda Turan bütün etdiklərinə görə cəzasını çəkəcək”, – ifadələrini işlədib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin